“Xırdalan” brendinin yeni məhsulu olan “Xırdalan Weissbier Style” üçün reklam çarxının yaradılması.
Həll
Film, məhsulun zəngin istehsal ənənəsini illərin formalaşdırdığı “Xırdalan” dadı ilə birləşdirərək iki fərqli dünyanı vahid, səmimi və axıcı bir vizual dildə təqdim edir. Hekayə və xoş əhval üslubunda qurulan ekran işi “Xırdalan Weissbier Style”ın unikal xarakterini həm vizual, həm də emosional formada ön plana çıxarır və yeni dad təcrübəsini tamaşaçının yaddaşında qalacaq şəkildə ekrana təqdim edir.